ice berg

ice berg Programlar 5-04-2026, 16:00

Azərbaycanın ən populyar internet-brauzeri SEÇİLDİ

Azərbaycanın ən populyar internet-brauzeri SEÇİLDİ

Bu ilin mart ayında "Google Chrome" internet brauzeri Azərbaycanda istifadəçilər arasında populyarlıq üzrə 66,7 faiz payla liderliyini qoruyub saxlayıb.

 

Loading.aZ bu barədə "Global Stats" statistika mərkəzinə istinadən məlumat verir.

 

Bildirilir ki, "Google Chrome"un bazar payı əvvəlki ayla müqayisədə 2,2 faiz bəndi azalıb.

 

Bu müddət ərzində "Safari" internet brauzerinin Azərbaycan bazarındakı payı 17,9 faiz təşkil edib (1,44 faiz bəndi artıb).

 

Hesabat dövründə "Edge" internet brauzerinin bazar payı 0,35 faiz bəndi artaraq 5,79 faizə çatıb.

 

Siyahıda növbəti yeri "Firefox" internet brauzeri tutub. Belə ki, bu brauzerin Azərbaycan bazarındakı payı 0,04 faiz bəndi artaraq 2,33 faiz təşkil edib.

 

Bu dövrdə "Samsung" internet brauzerinin payı 0,04 faiz bəndi artaraq 2,06 faizə yüksəlib, "Opera" brauzerinin payı isə 0,21 faiz bəndi artaraq 2 faizə çatıb.

 

Bu ilin mart ayında "Android" internet brauzerinin payı 0,1 faiz bəndi azalaraq 0,3 faiz təşkil edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
162 128 182 146 150 157

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.