ice berg

ice berg Dəri və saç 10-04-2026, 20:00

Dəriyə qulluqda yol verilən səhvlər: Qırışlar niyə erkən yaranır?

Dəriyə qulluqda yol verilən səhvlər: Qırışlar niyə erkən yaranır?

Vaxtından əvvəl yaranan qırışlar əksər hallarda genetik faktorlardan daha çox, gündəlik həyat tərzi və dəriyə qulluq zamanı yol verilən yanlışlıqlarla bağlıdır.

 

Loading.aZ xəbər verir ki, rusiyalı mütəxəssis, dermatoloq Yuliya Qalliamova "İzvestiya" nəşrinə müsahibəsində bu mövzuya toxunub.

 

Həkimin sözlərinə əsasən, ən böyük yanlışlardan biri günəşdən qoruyucu vasitələrdən (SPF) imtina etməkdir. Ultrabənövşəyi şüalar bütün il boyu dərinin elastikliyini təmin edən kollageni parçalayır. Həmçinin skrab və pilinqlərdən normadan artıq istifadə etmək dərinin müdafiə qatını zədələyərək onun qurumasına səbəb olur.

 

Y.Qalliamova dərinin təmizlənməsi prosesində mütəmadi olaraq səhvlərə yol verildiyini diqqətə çatdırıb:

 

"Bir çoxları kosmetikanın silinməsi ilə üzün yuyulması prosesini fərqləndirmir. Bu isə məsamələrdə çirkin qalmasına, nəticədə isə quruluq və qıcıqlanmaya yol açır".

 

Tərkibində yüksək miqdarda spirt olan vasitələr dərinin sağlamlığına ziyan vurur və qoruyucu təbəqəni məhv edir. Dermatoloq, eyni zamanda, həddindən artıq kosmetik vasitə istifadəsinin dəriyə ağır yük olduğunu da xatırladıb.

 

Dərinin kifayət qədər nəmləndirilməməsi qocalmanı tezləşdirən əsas faktorlardandır. Daimi baxım olmadıqda dəri elastikliyini itirir və qırışların yaranması üçün əlverişli zəmin yaranır. Retinol və turşular kimi aktiv maddələr isə yalnız müəyyən kurslarla tətbiq olunmalıdır, əks halda dərinin incəlməsi qaçılmazdır.

 

Həkim onu da bildirib ki, kosmetoloji müdaxilələrdən, xüsusilə davamlı iynəli prosedurlardan həddindən artıq istifadə etmək dərinin təbii bərpa qabiliyyətini zəiflədir.

 

"Sağlam dərinin sirri bəsitdir: mütəmadi təmizlik, düzgün nəmləndirmə və hər gün günəşdən qorunmaq. Sadə və davamlı qulluq qaydaları dərinin gəncliyini qorumağa imkan verir", - deyə dermatoloq fikrini yekunlaşdırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
194 165 157 172 203 150

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.