ice berg

ice berg Texnologiya 4-05-2026, 20:00

Çində insanın içinə yerləşə biləcəyi nəhəng kompüter hazırlanıb

Çində insanın içinə yerləşə biləcəyi nəhəng kompüter hazırlanıb

Çində texnobloqer Soda Baka insanın yerləşə biləcəyi nəhəng kompüter yaradıb.

 

Loading.aZ xəbər verir ki, bu barədə "Tom's Hardware" portalı məlumat yayıb.

 

Bildirilir ki, qurğu vizual olaraq klassik oyun sistem blokunu xatırladır, lakin ölçüləri o qədər böyüdülüb ki, içərisində tam funksional iş sahəsi yaratmaq mümkün olub.

 

Eyni zamanda, bəzi elementlər, o cümlədən hələ təqdim olunmamış "GeForce RTX 6090" videokartının maketi, ventilyatorlar və yaddaş modulları dekorativ xarakter daşıyır.

 

Bununla yanaşı, sistem real işlək komponentlərlə də təchiz edilib. Qurğunun daxilində prosessorun soyutma blokuna inteqrasiya olunmuş ekran və istifadəçi üçün tam iş mühiti yaradılıb.

 

Layihədə istilik tənzimləmə sisteminə xüsusi diqqət ayrılıb: korpusda gücü 12 kVt-a qədər olan soyutma qurğusu yerləşdirilib. Müəllifin sözlərinə görə, daxildə temperatur 38 dərəcəni keçdikdə kondisioner avtomatik işə düşərək rahat şərait yaradır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
152 119 108 127 134 131

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.