Azərbaycanda avtomobil kanala düşdü
Salyanda avtomobil su kanalına düşüb.
BiG.AZ FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Salyan rayonunun Çuxanlı kəndində "Mercedes" markalı minik avtomobili su kanalına düşüb.
Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Hazırda xilasetmə işləri aparılır. Əlavə məlumat veriləcək.






