Jafarova

Jafarova Aforizm 18-05-2026, 20:30

Aforizmlər (lV)

Aforizmlər (lV)
  • Hər şeyin bir kölgəsi var, heçlikdən başqa. (Əbu Turxan)
  • Hər şeyin üç varlıq dərəcəsi olur; ən aşağı səviyyədə şey özlüyündə mövcuddur, nisbətən yüksək pillə onun insan şüurunda, ən ali pillə isə Allahın dərgahındakı mövcudluğudur. (Əbu Turxan)
  • İdrakın zirvəsindən dünya dəlixana kimi görünür. (İohann Volfqanq Göte)
  • İnsan ancaq yaranmaq məqamı çatmış olan şeyi yarada bilər. (Əbu Turxan)
  • İnsan bu fani dünyada daim yol gedir ki, nəhayət, onun cazibəsindən kənara çıxsın. Amma bu ona ancaq ömrün sonunda müyəssər olur. (Əbu Turxan)
  • İnsan dəyişdikcə dünya da onun üçün dəyişmiş olur. Müxtəlif inkişaf səviyyələrində insan öz dünyasını hər dəfə yenidən qurur. (Əbu Turxan)
  • İnsan dünyanı necə mənalandırırsa, elə də dərk edir. (Əbu Turxan)
  • İnsan həqiqəti öyrənmək üçün təbiətin dilini öyrənir. (Əbu Turxan)
  • İnsan idrakına daimi bir daxili mübarizə xasdır, çünki o iki barışmaz tələbat üzərində qurulmuşdur. Birincisi, görmək ehtiyacı – amma biz ancaq sürəkli olanı görürük, sürəklilik isə sonsuzdur. İkincisi, anlamaq ehtiyacı, – biz ancaq sonlu olanı anlaya bilərik. (Puankare)
  • İnsan iki dünyanın övladıdır. (İmmanuel Kant)
  • İnsan ilə onun dünyası eyni tərbibli olur; hər bir məqamda insan özü nədirsə, dünya da onun üçün elə odur. (Əbu Turxan)
  • İnsan o vaxt xoşbəxt olur ki, iç dünyası ilə içində yaşadığıdünya uyğun gəlsin. (Əbu Turxan)
  • İnsan özünü ancaq dünyanı dərk etdiyi dərəcədə dərk edə bilər. (İohann Volfqanq Göte)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
129 117 97 76 119 100

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.