ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Şeirlər 19-11-2017, 00:09

SƏNSİZ...

SƏNSİZ...
SƏNSİZ...


O yerləri unutmadım,
Mən yenə gəlirəm sənsiz.
Dərdlərimi dalğalarla,
Hər axşam bölürəm sənsiz..


http://www.gbpics24.eu/data/media/161/ezermljng03.gif


Yolumu hicran bağlayır,
Gözlərimdən dərd ağlayır,
Ürəyimdə qəm çağlayır,
Yalandan gülürəm sənsiz..


http://www.gbpics24.eu/data/media/161/ezermljng03.gif


Eşqin ruhumu aparır,
Xatirən fəryad qoparır,
Ölən ölüb can qurtarır,
Mən hər gün ölürəm sənsiz.


http://www.gbpics24.eu/data/media/161/ezermljng03.gif


Gətir baharın ətrini ,
Ver mənə bütün dərdini,
Ötən günlərin qədrini,
Mən indi bilirəm sənsiz..


http://www.gbpics24.eu/data/media/161/ezermljng03.gif


Gətirdin ömrün qışını,
Unutdunmu sirdaşını?
Sən axıdan göz yaşını,
Mən indi silirəm sənsiz...


[media=https://www.youtube.com/watch?v=P-M8fhcldkE]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
685 673 579 601 619 573

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.