ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 9-10-2026, 22:55

Şəkidə avtomobillər toqquşdu - Biri yanıb kül oldu

Şəkidə avtomobillər toqquşdu - Biri yanıb kül oldu

Şəkidə iki avtomobil toqquşub, biri yanıb.

Take.az  xəbər verir ki, hadisə günorta saatlarında Şəkinin Küdürlü kəndində qeydə alınıb.

Belə ki, 46 yaşlı Cəsarət Ağalarova məxsus “QAZ-24” və 59 yaşlı Səfər Şabanova məxsus “Ford” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində “QAZ-24”də yanğın başlayıb. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Yanğın FHN-in Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Hadisə zamanı 1 nəfər - “Ford”da olan sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
36 22 38 44 34 42

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.