ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 11-10-2026, 17:49

Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu

Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu

Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.

Duz.az xəbər verir ki, Əfqanıstan Silahlı Qüvvələrinin 203-cü Mənsuri Korpusunun sözçüsü Əbdül Haq Fidanın sözlərinə görə, atışma Əfqanıstanın Paktiya əyalətinin Dand Pathan rayonunda, iki ölkə arasındakı Durand Xətti yaxınlığında baş verib. Kabil bu sərhədi tanımır. O, atəşi Pakistan qüvvələrinin açdığını iddia edir. İtki sayı barədə məlumat verilməyib.

Xatırladaq ki, bu il fevralın 26-sı axşamı Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabil Pakistanın Əfqanıstan ərazisinə son hava hücumlarına cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqladı. Pakistanın müdafiə naziri Xavaca Asif ölkəsinin Əfqanıstandakı Taliban hökuməti ilə hazırda açıq silahlı münaqişə vəziyyətində olduğunu deyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
41 23 34 28 39 32

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.