ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Azərbaycan 9-12-2017, 23:35

İlham Əliyev Qüdslə bağlı fövqəladə zirvə toplantısına dəvət edildi

İlham Əliyev Qüdslə bağlı fövqəladə zirvə toplantısına dəvət edildi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Metbuat.az-ın məlumatına görə, Türkiyə prezidenti dövlət başçısını İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib. Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.
Dövlət başçıları ABŞ prezidenti Donald Trampın Qüdsün İsrail dövlətinin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildiriblər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər.

Eyni zamanda, dövlət başçıları Türkiyə və Azərbaycanın İslam həmrəyliyinə töhfə verdiklərini qeyd edərək, müsəlman aləminin maraqlarını bundan sonra da müdafiə edəcəklərini bildiriblər.

Prezident İlham Əliyev Türkiyə prezidentinin növbəti dəfə İslam həmrəyliyi işinə dəstəklə bağlı öz üzərinə götürdüyü missiyaya görə Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
736 876 720 723 677 690

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.